Həddindən artıq duzdan istifadənin orqanizm üçün təhlükəli olduğunu bilirik. Ancaq məlum olub ki, orqanizmdə duz çatışmazlığı da bir sıra problemlərə yol aça bilər.

AzEuroNews.com bildirir ki, Kanadalı elm adamlarının araşdırmalarından sonra duzun əvvəllər iddia edildiyi kimi zərərli olmadığı məlum olub. Alimlər hesab edirlər ki, insan təkcə duzu deyil eyni zamanda bütün qidaları az da olsa qəbul etməlidir.

Əvvəllər 5 qramdan artıq duzun ürək xəstəliklərinə səbəb olduğu bildirilsə də, son araşdırmalardan sonra bu göstərici 12.5 qram olub.

Bundan başqa mütəxəssislər orta səviyyədə duzdan istifadənin orqanizm üçün xeyirli olduğunu sübut ediblər.