Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Berlində yüngül atletika üzrə Avropa çempionatında daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, Quliyev 4×100 metr məsafəyə estafetdə Türkiyə yığmasının heyətində gümüş medal qazanıb.

37,98 saniyə göstərici ilə finişə çatan Türkiyə yığması ölkə tarixində milli rekorda imza atıb. Birinci yeri məsafəni 37,80 saniyəyə qət etmiş Böyük Britaniya yığması tutub.

Qeyd edək ki, bundan əvvəl Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa çempionatının qızıl medalını qazanmışdı.