Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► 7 il əvvəl ölkələrindəki savaşa görə Türkiyəyə sığınan suriyalılar Qurban bayramını vətənlərində keçirməyə hazırlaşırlar. AzEuroNews.com-un məlumatına görə, səhər saatlarından Türkiyənin Suriya ilə sərhəd  “Cilvegözü” sərhəd keçid məntəqəsi qarşısına axın edən minlərlə suriyalı həyəcanla ölkələrinə keçməyi gözləyiblər.

Sərhəd keçid məntəqəsindən verilən məlumata görə, 30 mindən çox suriyalı sərhədi keçib.

Onlar avqustun 27-i yenidən Türkiyəyə qayıdacaqlar.

©  “Anadolu Agentliyi”nə aid olan fotolar “ensonhaber.com” saytından götürülüb.