İŞİD qruplaşmasının lideri Əbubəkr Əl Bağdadi ağır yaralanıb.

Modern.az xəbər verir ki, İraqın “Al-Sumaria” kanalı iyun ayından yataq xəstəsi olan Bağdadinin yeni varisinin seçildiyini açıqlayıb.

Onun varisi olaraq Əbu Osman əl-Tunisinin seçildiyi bildirilir. İraq ordusunun komandanlığı da bu xəbəri təsdiqləyib.

İraq ordusunun hava hücumu zamanı Bağdadinin ağır xəsarət alaraq rəhbərlikdən tam uzaqlaşdığı bildirilir.