ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 12 avqust 2018-ci il tarixində “Parker Solar Probe” peykini Günəşə göndərib.

Trend-in məlumatına görə, Florida ştatının “Kanaverel” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

“Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə – 8.86 Günəş radiusu və ya 6.1 milyon km yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard dollar olan peykin birbaşa Günəş tacına (temperaturu milyon dərəcə) daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.