Paytaxtdan rayonlaraavtobuslarla gediş bilet lə həyata keçirilsə də əks istiqamətdə, habelə rayonların öz aralarında sərnişin daşımaları üçün bunu demək mümkün deyil. Bir sıra rayonlardaşəhərlər arası istiqamətlərdə ya bilet almaq əvəzinə ödənişlər yenə əvvəlki qaydada sürücülərənağd şəkildə həyata keçirilir.

“Ölkə.Az” Xəzər TV-yə istinadla xəbər verir ki, Tovuzdan ətraf rayon və şəhərlərə eyni zamanda paytaxta üz tutan sərnişinlər nəinki bilet, kassada adam belə tapa bilmədiklərini deyirlər.

Bakıya gedənlər də bilet tapmaqda çətinlik çəkirlər. Biletlə sərnişin daşımaq isə sürücülərə sərf etmir. Tovuzdan Şəmkirə, Gəncəyə, Mingəçevirə bilet qiymətləri ucuz olduğundan sürücülər biletsiz sərnişin daşıyırlar.

Avtovağzal rəsmisi isə bilet satışının əvvəlcədən mümkün olmadığını deyir. Bilet Gürcüstandan və Qazaxdan avtobuslar gələndə boş yerlərə uyğun satılır.

Bərdə avtovağzalında da bənzər vəziyyət var. Sərnişinlər rayon və şəhərlərə getmək üçün pulu birbaşa sürücüyə ödəyirlər. Bunu sürücülər də təsdiqləyir.

Bəzi sərnişinlər kassalarda biletin olmadığını bildirirlər.

Bununla belə, rayon avtovağzalından bildirdilər ki, kassalar bütün gün işləyir və istiqamətlər üzrə biletlər satışdadır. Məsələyə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən də münasibət öyrəndik. Qurumdan bildirilib ki, vətəndaşlar əvvəldən bilet almalıdır. Sürücülərin pulu birbaşa vətəndaşdan alması qanunsuzdur. Bu cür faktlarla üzləşən sərnişilər birbaşa quruma müraciət etsin. Fakt təsdiqini taparsa, daşıyıcı şirkət xətdən uzaqlaşdırılacaq.