ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyumen Ağ Evdə keçirdiyi günlərə aid kitab yazıb.

“Ölkə.Az” xəbər verir ki, Omarosa Melaniyanın boşanmaq üçün gün saydığını, ərini cəzalandırmaq üçün passiv aqressiv ruh halını biruzə verən geyimlər seçdiyini iddia edib.

Nyumenin kitabı “Unhinged” adlanır və bu gün ABŞ-da satışa çıxacaq. Melaniyanın ərini utandırmaq üçün qəsdən fərqli geyimlər geyindiyini iddia edilir. Yazıçı qeyd edir ki, Melaniyanın üslubu ərini cəzalandırmaq üçün nəzərdə tutulub.

İddiaya görə, Tramp səhvlərini düzəltmək üçün arvadını məcburən miqrantların qaldığı mərkəzə aparıb. Melaniya isə üstündə “Həqiqətən də vecimə deyil” yazısı olan bir pencək geyinib.

Omarosa qeyd edir ki, Melaniya-Donald evliliyi uçurumun kənarındadır. Melaniya boşanmaq üçün ərinin prezident səlahiyyətinin bitməsini gözləyir.