“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın şimal-qərbindəki Fəryab vilayətində hərbi bazanı ələ keçirib.

Trend-in məlumatına görə, xəbəri “Şahin” düşərgəsinin nümayəndəsi Mohamməd Hənif Rezae təsdiq edib.

Silahlıların hücumu zamanı azı 17 hərbçinin öldüyü, daha 12 nəfərin yaralandığı bildirilir.

Bununla belə dəqiq say hələ açıqlanmır. İlkin ehtimal olaraq hərbi bazada hücum anında 76 hərbçinin olduğu bildirilir.