Məşhur avtomobil yarışçısı Fernando Alonso 2018-ci il mövsümünün sonunda “Formula-1″i tərk etmək qərarına gəlib.

“Report”un məlumatına görə, Alonso etiraf edib ki, daha da irəliyə getməyin vaxtı çatıb:

“Mən bütün bu mövsümlər ərzində yarışların hər dəqiqəsindən zövq almışam və bu müddəti belə məxsusi edən insanlara təşəkkür etmək üçün nə qədər söz desəm kifayət etməz”.

İspaniyalı idmançı 2001-ci ildə “Minardi” komandasında debüt etməklə “Kral seriyası”da 17 mövsüm keçirib. “Renault”a keçdikdən sonra uğur qazanmağa başlayıb. Alonso yeni komandanın heyətində iki dəfə dünya çempionu olub. O, son mövsümü “McLaren”də keçirib.