Ürək və damar xəstəlikləri artıq bütün dünyada ən önəmli sağlamlıq problemlərindən biridir. Bunun başlıca səbəbi isə hərəkətsizlik və düzgün qidalanmamaqdır.

AzEuroNews.com bildirir ki, ürəyinizin qeydinə qalmaq istəyirsinizsə, ilk növbədə duru yağlardan istifadə etməyə başlayın. Gündə ən az bir dəfə tərəvəz yeməkləri ilə qidalanın. Ürəyin dostu olan tərəvəzlər vitaminlər, minerallar və kalsiyumla olduqca zəngindir.

Həftədə iki dəfə süfrənizdən balığı əskik etməyin. Ancaq omeqa ilə zəngin olan bu qidanı qızartmamağa çalışın.

Ürəyinizi qorumağın ən yaxşı yollarından biri də qırmızı əti həftədə bir və ya iki dəfə yeməkdir. Qan təzyiqini və xolestrol səviyyənizi sabitləşdirmək üçün hər gün 30 dəqiqə yeriyin. Mütəmadi edilən fiziki hərəkətlər enerjini artırır və artıq çəki problemindən azad edir.

Ürək üçün faydalı qidalardan biri də qoz, fındıq, badam kimi dadlı çərəzlərdir. Minerallarla zəngin olan bu dadlı çərəzlərdən hər gün bir ovuc yeməyiniz məsləhət görülür.

Menyunuza həftədə 2 dəfə B qrupu vitaminləri ilə zəngin lobya, mərcimək, noxud kimi qidaları əlavə edin.

Hər gün süd için, pendir yeyin. Bundan başqa zərərli vərdişlərdən- qızartma və duzlu yeməklərdən uzaq durmağa çalışın. Gündə bir stəkan yaşıl çay için. Antioksidantlarla zəngin yaşıl çay vasitəsi ilə siz ürək-damar sağlamlığınızı qoruya bilərsiniz.

Bütün bunlarla yanaşı çəkinizə və qarın-bel nahiyyəsinə toplanan yağlara nəzarət etməlisiniz.