Əməkdar artist Tünzalə Ağayevanın sosial şəbəkədə paylaşdığı fotosu müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, müğənni sinə dekoltesi dərin olan kofta geyinib. Ağayeva şəklinə “Bir də baxım axan çaya, çıxan günə, doğan aya” sözlərini yazıb.

İzləyiciləri Tünzalənin geyimini tənqid ediblər. Onlar müğənninin ünvanına “Bu nə geyimdi? Bəzilərinin çimərlikdə geyindiyi paltardı…” kimi sözlər yazıblar.

Qeyd edək ki, T.Ağayeva bundan əvvəl də dəfələrlə sinə dekolteli geyimləri ilə gündəmə gəlib.