Çinin Xiaomi şirkəti tezliklə öz yeni Pocco brendini və ən ucuz Poccophone F1 smartfonunu təqdim etməyi planlaşdırır. Təqdimat 22 avqust tarixində Hindistanda olacaq. Cihazın satışına isə sentyabr ayında başlanacaq.

AzEuroNews.com bildirir ki, Smartfonun digər ölkələrdə satışı isə bir neçə aydan sonra baş tutacaq. Yeni smartfon Poccophone F1 5.99 düymlü İPS ekranı ilə təchiz olunub. Mobil cihazda 12+5 və 20 meqapiksellik iki arxa və ön kamera olacaq. Cihazın sürətli enerji yığma özəlliyinə sahib olacağı bildirilir.