ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza Türkiyə-ABŞ böhranı barədə açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Brayza bildirib ki, Türkiyəni itirmək ABŞ-a sərf etməz.

“ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiyalarının genişləndirilməsi planları iki ölkənin münasibətlərində gərginliyin artmasına səbəb olub. Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib”, – deyə Brayza bildirib.

Metyunun fikrinə əsasən, ABŞ administrasiyasının Türkiyə iqtisadiyyatını darmadağın etmək məqsədi daşıyan qərarları Türkiyə ilə müttəfiqlik münasibətlərindən imtina deməkdir. O, Türkiyədən imtina dəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki fəallığının azalacağını və koalisiyanın İŞİD-ə qarşı hələ başa çatmayan səylərini təhlükə altına salacağını bildirib.

Eyni zamanda M.Brayza ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıqda tərəfdaşlığın əhəmiyyətini göstərib. O, bu baxımdan İncirlikdəki hərbi bazanın ABŞ-ın ölkə xaricində yerləşən digər hərbi bazalar arasında xüsusi rol oynadığını vurğulayıb.