Türkiyəli FIFA referisi Cüneyt Çakır Səudiyyə Ərəbistanının Super Kubok oyununu idarə edəcək.

“Report” xəbər verir ki, 42 yaşlı baş hakim “Əl-Hilal” və “Əl-İttihad” komandaları arasında matçda fit çalacaq.

Qeyd edək ki, görüş avqustun 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək.