İtaliyanın “Yuventus” klubunun yeni transferi Kriştianu Ronaldu komandada rəsmi debüt edib.
“Report” xəbər verir ki, portuqaliyalı hücumçu ilk matçını İtaliya A Seriyasının I turunda “Kievo”ya qarşı keçirib.
O, 90 dəqiqə meydanda olsa da, komandada qol hesabını aça bilməyib.
“Yuventus”un baş məqçisi Massimiliano Alleqri Ronaldunun debüt oyunu barədə fikirlərini bölüşüb:
“O, fiziki cəhətdən çox güclüdür. Ronaldu cəmi yeddi gün bizimlə məşq edir, amma hayıf ki, bugünkü görüşdə qol vura bilmədi. Onun komandaya tez uyğunlaşmasına heyranam”.
“Kiyevo” – “Yuventus” matçı qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.