ABŞ prezidenti Donald Trampın siyasi düşmənlərindən ibarət siyahısı var.

“Ölkə.Az” xəbər verir ki, “The Washington Post”un xəbərinə əsasən, siyahıya adı düşənlərə təzyiq edilir. Bundan əvvəl də ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun belə bir siyahısı olub.

Niksonun siyahısına 20 siyasətçi, iş adamı və jurnalistlər daxil edilmişdi. Siyahıya adı düşənlər prezidentin atdığı addımlarla razılaşmır və qarşı çıxırdılar. Məlumdur ki, Niksonun müşaviri Con Din bu insanlara qarşı təzyiq aparmaqla məşğul idi.

Qəzetin xəbərinə əsasən, Tramp MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş rəisinin gizli sənədlərə girişinin əlindən alınması ilə bağlı çağırış edib. Bu isə Trampın belə bir siyahısının olduğuna işarə edir.

Nəşriyyat əlavə edib ki, ABŞ prezidentinin administrasiyası xüsusi xidmət orqanlarının daha 9 əməkdaşına qarşı tədbirlər görməyi planlaşdırır.