Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edəcək.

Portuqaliyada “Benfika” Yunanıstan PAOK-u ilə üz-üzə gələcəyi halda, Serbiyada “Srvena Zvezda” Avstriyanın “Zalsburq” kollektivi ilə qarşılaşacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

21 avqust

23:00. BATE (Belarus) – PSV (Hollandiya)

23:00. “Benfika” (Portuqaliya) – PAOK (Yunanıstan)

23:00. “Srvena Zvezda” (Serbiya) – “Zalsburq” (Avstriya)