Foto © ABC
Foto © ABC

 

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►  İkinci Dünya Müharibəsində Adolf Hitlerin ölüm düşərgəsinin nəzarətçisi sığındığı Amerika Birləşmiş Ştatlarından (ABŞ) Almaniyaya deportasiya edilib.

AzEuroNews.com xəbər verir ki, polyak Jakiv Palij haqqında ABŞ-da hələ 2004-cü ildə deportasiya qərarı çıxarılıb. Lakin o vaxt onun ölkədən göndərilməsi baş tutmayıb.

“Ağ Ev”dən verilən açıqlamaya görə, Jakiv Palij prezident Donald Trumpun “Holakost” qurbanlarının ailələrinə verdiyi vədə görə deportasiya edilib: “Palij Polşanın Travniki düşərgəsində məhkum yəhudilərin qaçmasına əngəl törətmək, onların işgəncə ilə öldürülməsində iştirak etməkdə ittiham edilir. Belə bir adam ABŞ-da qala bilməzdi”.

Məlumat üçün qeyd edək ki, Travniki düşərgəsində 6 min yəhudi amansızcasına qətlə yetirilib. O vaxt məhkəmədə Palijin bu cinayətə qarışması sübut olunmamışdı.

Düsseldorf hava limanından Ahlen şəhərinə aparılan Jakiv Palij qocalar evinə yerləşdirilib.