Emil Salamoğlu/AzEuroNews.com/Tiflis ► ► ► Azərbaycanlıların əzizgirami şəhərlərindən olan Tiflisin gecələri də bir başqa aləmdir. Burda Ömər Xəyyam dirilir, burda Vaxtanq Kikabidze eşidilir, burda gecələr Qərb və Şərq mədəniyyətləri toqquşur.

► Ərəb müştəri axtaran qızlar?

Siz Tiflisin küçələrində gecə saatlarında heç bir etikadan kənar hal görə bilməyəcəksiniz. Avropanın, Remarkın, Freydin ruhunu ciyərlərinə çəkmiş gürcü paytaxtı öz mühafizəkarlığını və mədəniyyətini də qorumaqdadır.

Məsələ ondan getmir ki, küçələrdə əyləncə yoxdur, gecə klubları yoxdur, istədiyiniz qədər müxtəlif zövqləri oxşayan məkanlar var.

Amma heç bir gürcü bunu eləmir ki, bizimkilər edirlər. Söhbət ərəblərin əlindən Dubaya çevrilmiş Fəvvarələr meydanında axşam saatlarında biabırçılıqlardan gedir.

Tiflisin mərkəzində, meydanlarında, parklarında və açıq havada olan restoranlarının  ətrafında ərəb müştəri axtarışına çıxan qızlar görə bilməzsiniz. Bizdə isə turizm adı ilə zayını çıxarıblar. Gedin, görün!!!

Gürcü, iranlı, türk qızları isə nə azərbaycanlı, nə ərəb müştəri axtarırlar, onlar gecə klublarında əylənirlər və turistlər özləri həmin məkanlara gedərək xidmətdən yararlanırlar.

► Hansı gecə klublarına getməli?

Tiflisdə Meydan massivindən aşağıda, habelə Rustavelli prospektindən aralıda klublar, diskotekalar, masaj salonları (əsasən çinlilərdir) fəaliyyətdədir.

Masaj xidmətləri 50 laridir, klublardakı qızlarla görüşməyin bir saatının qiyməti isə müxtəlifdir, 100 lariyə qədər artır.

Bununla belə, “Dublin”, “Bufalo” kimi eyni küçədə yan-yana düzülmüş klublar var. Bu məkanlar olduqca mədəni,canlı rok olan gecə məkanlarıdır. Qiymətlər də ortababdır.

Burada əylənə, rok dinləyə, adrenalin çıxa bilərsiniz. Meydanın aşağısında isə qəlyan çəkilən məkanlar, diskotekalar var ki, bəzilərinə giriş pulludur, bəzilərinə isə sevgilinizlə getməsəniz, yaxud iki kişi ilə daxil olsanız içəri buraxmayacaqlar.

Çünki bu gecə klubları kifayət qədər nüfuzludurlar və onlar iki kişi gəlib içki içib ətrafdakıları narahat edilməsini istəmirlər. Təbii ki, burada qiymətlər çox bahadır.

► Ailəvi məkanlar haradır?

Amma bu gecə klublarına getmədən, ailənizlə canlı musiqi dinləyib, gecənin kefini çıxarmaq arzunuz varsa, Rustavellidə “Xingal house”, “Marko polo”, bir az uzaqda “Taqlauri” restoranlarına gedə bilərsiniz.

Meydanda isə “Alani” və digər restoranlar var ki, həm gürcü milli musiqiləri ifa olunur, həm də Qərb mahnıları. Ümumiyyətlə, Tiflisdə hər axşam sanki bayramdır.

Küçələr turist əlindən dolub-daşır, gecə klublarının, restoranların sakit günü olmur, gecə yarısı isə xüsusi şənlik olmadığı halda fişəng atılır, atəşfəşanlıq təşkil edilir.

Lakin xüsusən də subay gənclərin əylənmək planı ilə Tiflisə getmək niyyəti varsa, həftənin cümə günü və şənbə axşamları izdihamlı, qaynar keçir, bazar günü axşamı da əyləncə dayanmır, sadəcə əksəriyyət bazar ertəsi işə çıxır deyə vaxtını evdə keçirməyə üstünlük verir. Elə isə, çox düşünməyin, bu həftənon sonu Gürcüstana üz tutun…