AzEuroNews.com ► ► ► Bir müddət əvvəl reportyor.info və müxtəlif xəbər portallarında Dövlət Yol Polis İdarəsinin Diaqnostika Mərkəzindən rüşvət videosu yayılmışdı.

AzEuroNews.com-un aldığı xəbərdə həmin kadrların ört-basdır olunaraq diaqnostika mərkəzində eyni vəziyyətin hökm sürdüyü bildirilib.

Həmin kadrlar hələ də internet resurslarında və müxtəlif sosial şəbəkə hesablarında paylaşılmaqdadır.

Bəzi sürücülər feysbuk hesabından status paylaşaraq DYP diaqnostik mərkəzdə heç nəyin dəyişmədiyini, analoji mənzərə olduğunu yazırlar. Ona görə vəziyyətin düzəlməsi arzu olunur.

Mərkəzdə çəkilmiş videodan görünürdü ki, xidmət əməkdaşları vətəndaşlardan rüşvəti çəkinmədən açıq şəkildə alırlar.Amma nə Mərkəz rəhbərliyi, nə də DYP tərəfindən həmin video ilə bağlı araşdırmalar başladıldı.

Elman Məmmədov
Elman Məmmədov

Diaqnostika Mərkəzində qiymətlərin müəyyənləşdirilməsini BDYPİ-nin rəis müavini Mübariz Şahbazov və onun diaqnostika mərkəzindəki “sağ əli” Elşad Məmmədov ayırd edir.Elşad Məmmədov Xocalının millət vəkili Elman Məmmədovun oğludur.

Videoda aydın görünür ki, qurumun əməkdaşı vətəndaşdan rüşvət alır.Videodan görünür ki, mərkəzdə rüşvət əsas iş prinsipidir, bunun üçün hətta qeydiyyat kitabçası var.

Deyirlər ki, Mərkəzə video yerləşdirib canlı yayımla izləsək, hər gün onlarla vətəndaşdan necə rüşvət alındığına şahidlik etmək mümkündür.Təəssüf ki, bu hallar dövlət rəhbərliyinin və nazirin söylədiklərinin əksidir.