JD Sports şirkəti dünyanın ən populyar futbol klubunu müəyyənləşdirib.

Trend-in məlumatına görə, “Google” axtarış sorğularının analizinə əsasən aparılan araşdırmanın nəticəsinə əsasən, 97 ölkədə ən populyar klub “Real Madrid”dir.

İkinci yerdə İngiltərənin “Arsenal” klubu (17 ölkə), üçüncü yerdə isə “Mançester Yunayted” klubu (16 ölkə) qərarlaşıb.

Xatırladaq ki, “Real” FİFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu tanınıb.