Əfsanəvi ingilis futbolçu Devid Bekhem məhkəməyə verilib.

“Ölkə.Az” xəbər verir ki, ulduz futbolçu yol qaydalarını pozduğu üçün sürücülük hüququndan məhrum edilə bilər.

Sonuncu dəfə Bekhem Qərbi London küçələrində qara rəngli “Bentley” maşını ilə sürət həddini aşıb. İttiham aktına əsasən, futbolçu sürət həddini aşdığı üçün məhkəmədə cavab verəcək. Hakim onu sürücülük hüququndan məhrum edilə bilər.

Bekhemin məhkəməsi 28 avqust tarixinə təyin edilib. Amma futbolçu ittihamları rədd edib.

Qeyd edək ki, Devid 1999-cu ildə də 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib və 150 min funt sterlinq cərimə ödəyib. Bu zaman da səbəb sürət həddini aşmaq olub.