Almaniya kanslerinin mətbuat xidməti Angela Merkelin Azərbaycana rəsmi səfəri ilə bağlı video-çarx hazırlayıb.

AzEuroNews.com Axar.az-a istinadən xəbər verir ki, video-çarx Almaniya hökumətinin rəsmi Feysbuk səhifəsində yayımlanıb.

“Azərbaycana səfər” başlıqlıı videoda Merkelin Şəhidlər Xiyabınını ziyarət etməsi, Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü, mətbuat konfransı və kanslerin hava limanında yola salınması mərasimi yer alıb.

Lakin videoda 2-3 saniyəlik Ermənistanla bağlı görüntülər də əks olunub.

Bu kadrların yanlışlıqla videoya yerləşdirildiyi ehtimal edilir.

Xatırladaq ki, A.Merkelin Cənubi Qafqaza səfəri 23 avqustda başlayıb. Kansler əvvəlcə Gürcüstanda, daha sonra Ermənistanda, sonda isə Bakıda rəsmi səfərdə olub.