Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►  Hollandiyada kilsələrə gələnlərin azalması onların bağlanması və satışa çıxarılması ilə nəticələnib. AzEuroNews.com xəbər verir ki, boş qaldığı üçün satışa çıxarılan kilsələri alanlar onları otel və restorana çeviriblər. Hətta bəziləri aldığı kilsəni ev kimi istifadə etməyə başlayıb.

Satışa çıxarılan kilsələrin arasında həm katoliklərə, həm də protestantlara aid olanı var.

Hollandiya dövlət televiziyası “NOS”un araşdırmasına görə, 1968-ci ildə kilsəyə gedənlər 2 milyon 700 min nəfər təşkil edirdisə, 2016-ci ildə bu rəqəm 173 min nəfər olub.

Televiziyanın təxminlərinə görə, 2030-cu ildə kilsəyə gedənlərin sayı 63 min nəfərə qədər azala bilər.

Satışa çıxarılan kilsələrin qiyməti isə, 100 min ilə yarım milyon avro arasında dəyişir. Məsələn, 1896-cı ildə inşa edilən “Əziz Klemens” kilsəsi 250 min avroya öz alıcısını gözləyir.