Gənc bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti olacaq.
Konsert sentyabrın 8-də olacaq.
Qeyd edək ki, Fransada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Etibar Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxışı və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, həmçinin Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.