“Instagram” sosial şəbəkəsində problemlər yaşanıb.

Oxu.Az-ın “Downdetector”a istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında Rusiya bəzi bölgələrində, habelə ABŞ və Avropada Instagram istifadəçiləri çətinliklərlə üzləşiblər.

Şəbəkə istifadəçilərinin 58 faizi xəbər lentini yeniləməkdə çətinlik çəkiblər, 24 faiz isə Instagramın veb-versiyasından istifadə edə bilməyiblər. Digərləri isə şəbəkəyə öz akkauntundan daxil ola bilməyiblər.