Emil/AzEuroNews.com ► ► ► …Belə məktəb ola bilsin ki, Somalidə, Efiopiyada, Əfqanıstanda var. Amma Bərdədə də varmış.

XXI əsrdə, Formula-1 yarışları keçirilən, analoqsuz inkişaf etdiyi deyilən ölkədə şagirdlər vaqonda təhsil alırlar.

AzEuroNews.com xəbər verir ki, bu utancverici mənzərəni sözlər belə təsvir etməkdə acizdir. Ona görə də jurnalist Səbuhi Rəhimlinin paylaşdığı video kadrlara baxmaq kifayət edir.

Belə ki, sentyabrın 17-dən etibarən bu rayonda Ağdamın 112 saylı köçkün tam orta məktəbinin şagirdləri vaqonda təhsil almağa yollanacaqlar. Sadəcə, rüsvayçılıqdır.

Hələ bu azmış kimi, 118 saylı seçki dairəsinin 3 saylı seçki məntəqəsi də burada yerləşir, deputatlığa namizədlərin təbliğat lövhəsi qoyulub, vaqondan isə tənəffüs zəngi belə asılıb.

Görəsən, Ağdamın deputatı Bəxtiyar Sadıqov vaqonda təhsil alan şagirdlərdən xəbəri varmı?

Çox uzatmağa nə hacət, gəlin Bərdədəki köçkün məktəbindən kadrlara baxaq: