AzEuroNews.com ► ► ► Paytaxtın Təbriz küçəsində evləri sökülən və kirayələrə yerləşdirilən sakinlər “Sipark” inşaat şirkətinin pilot layihəni yubatmasından narahatlıqları dilə gətirmişdilər.


Onlar AzEuroNews.com-a bildirmişdilər ki, tikiləcək yeni binaya nə zaman köçəcəkləri günü intizarla gözləyirlər və inşaatın gecikməsindən nigarandırlar.
Bununla bağlı tanınmış “Sipark” inşaat şirkətinin tikinti apardığı ərazidə olduq və görülən işlərlə maraqlandıq.
İş icraçıları ilə söhbətimizdə dedilər ki, narahatlığa heç bir əsas yoxdur, tikinti öz axarı ilə getməkdədir, tezliklə yeni bina sakinlərə təhvil veriləcək.


Mühəndislər əlavə etdilər ki, tikintinin gecikməsindən söhbət gedə bilməz, hər şey iş planı üzrə həyata keçirilir və sakinlərin zərrə qədər narahatlığı üçün səbəb yoxdur:
“İnşallah, tezliklə işlər yekunlaşacaq və sakinlər ən yüksək səviyyədə şəraitlə təmin olunacaqlar. İşlərimiz yaxşı gedir, heç bir gecikmə, problem yoxdur.
Özünüz də görürsünüz ki, iş gedir, tikinti dayanmayıb. Ona görə mənzillərini gözləyən vətəndaşlarımız qətiyyən hansısa şayiələr inanmasınlar”.

Şirkətdən də saytımıza bildirildi ki, tikinti işləri şəffaf şəkildə gedir, sakinlərin rahatlığı üçün müasir səviyyədə bina inşa olunur.
“Sipark” nümayəndəsi mətbuatda yayılan xəbərlərin onların fəaliyyətini gözü götürməyən bəzi qüvvələrin kampaniyası olduğunu bildirdi, jurnalistlərin verilən məlumatları dəqiqləşdirməmiş yaymamağa çağırdı.


Şirkət rəsmisi bildirdi ki, “Sipark” rəhbərliyi mətbuata açıqdır, sorğuları cavablandırmağa hazırdırlar, görülən işlərlə bağlı istənilən zaman sualları verə və aydınlaşdıra bilərlər.
Qeyd edək ki, şirkət 2016-cı ildə Nərimanov rayon İcra Hakimiyyətinin sifarişi ilə Möhsün Sənani və Mirəli Qaşqay küçəsinin kəsişməsində, 5 girişli, 16 mərtəbəli binanın tikintisinə başlayıb. Sosial layihə olan bu kompleksin tikintisi ilə bağlı ərazidə yaşayan 125 nəfər sakin kirayə mənzillərə köçürülüb.
Layihənin icrası müddətində sakinlərin aylıq kirayə haqlarının ödənilməsini şirkət öz üzərinə görürüb. Bina hazır olduqda sakinlər tam təmirli mənzillərlə təmin olunacaqlar.