Foto © Twitter.com
Foto © Twitter.com

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►  Almaniyanın Visbaden şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 metr hündürlükdə olan qızıl heykəli yığışdırılıb. AzEuroNews.com xəbər verir ki,  ötən gün gecə saatlarında  Visbaden şəhər polis idarəsinin yaxınlığındakı parkda peyda olan heykəl burada yaşayan Ərdoğan tərəfdarı olan türklərin əraziyə axın etməsinə səbəb olmuşdu.  Ərdoğan tərəfdarı olan türk Visbaden sakinləri 4 metrlik qızıl heykəllə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşır,  Ərdoğana olan sevgilərini ifadə edirdilər.

 Foto © Twitter.com
Foto © Twitter.com

Lakin heykəl şəhər sakinləri tərəfindən birmənalı qarşılanmadı. Səhər saatlarında heykəli görməyə gələnlər onun üzərinin sprey boya ilə yazıldığını gördülər. Kimliyi bilinməyən şəxs və ya şəxslər heykələ təqhiramiz ifadələr və  “Türk Hitleri” sözlərini yazmışdı.

 Foto © Twitter.com
Foto © Twitter.com

Visbaden şəhərində keçirilən incəsənət festivalı çərçivəsində quraşdırıldığı iddia edilən heykəldən isə şəhər bələdiyyəsinin xəbəri yox idi. Şəhər rəhbərliyi heykəlin qanunsuz qoyulduğunu eyni zamanda onun Ərdoğan və qeyri-Ərdoğan tərəfdarları arasında münaqişə yarada biləcəyini əsas gətirərək heykəlin ərazidən götürülməsi barədə qərar qəbul etdi.

Heykəl Visbaden şəhər Yanğınsöndürmə İdarəsinin əməkdaşları tərəfindən götürüldü. Şəhər polisi çıxa biləcək olayın qarşısını almaq üçün ərazidə təhlükəsizlik tədbirlərini gücləndirmişdi.