Füzuli rayonunda pambıq yığımına başlanılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, “ağ qızıl”ın yığımının bu qədər tez başlaması havaların əlverişli keçməsi və tarlalara göstərilən aqrotexniki qulluqdur.

Məlumata görə, bu il Füzuli rayonu üzrə 2000 hektardan çox ərazidə pambıq əkilib və yığım üçün bütün hazırlıqlar başa çatıb. Yaxın günlərdə texnikaların da sahələrə səfərbər edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, pambıq əkən fermerlər bu il məhsulu 60 qəpikdən təhvil verə biləcək, eyni zamanda hər kiloqram “ağ qızıl”a əlavə 10 qəpik subsidiya da veriləcək.