Drezden Əyalət Məhkəməsi / Foto © de.wikipedia.org
Drezden Əyalət Məhkəməsi / Foto © de.wikipedia.org

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada iki il əvvəl məscidə hücum edən şəxsə hökm oxunub. AzEuroNews.com xəbər verir ki, Drezden Əyalət Məhkəməsində iki il əvvəl şəhərdəki “Fatif camesi” və beynəlxala tədbirlərin keçirildiyi bir mərkəzə qustar üsulla hazırlanan partlayıcı maddə ilə hücum edən Niko K. adlı şəxsin son məhkəmə prosesi keçirilib.

Məhkəməyə təqdim olunan ittiham aktında qeyd olunub ki, Niko “Qərbin İslamlaşmasına qarşı Vətənsevər Avropalılar” qrupu kimi tanınan “Pegida”nın fəal üzvlərindən olub.

Proses zamanı o məscidə və tədbir mərkəzinə hücumu özününü planlaşdırdığını və insanları öldürmək niyyətinin olmadığını vurğulayıb.

Lakin bu məhkəmə qərarını dəyişdirməyib. Niko K.-ya 9 il 8 ay həbs cəzası verilib.