Yunis Cəfərov /AzEuroNews.com ► ► ► Nizami Rayon Prokurorluğunda “Xəzər” klinikasındakı ölüm işi ilə bağlı araşdırma gedir.
AzEuroNews.com-un əldə etdiyi məlumatda deyilir ki, əməliyyatdan sonra dünyasını dəyişən Şərqiyyə Əhmədovanın ölümünün səbəbini müstəntiq Könül Heydərova araşdırır.
Belə iddialar səslənir ki, “Xəzər” klinikasının reanimasiya şəraitli əməliyyat üçün lisenziyası olmayıb.


Femida.az yazıb ki, Səhiyyə Nazirliyinə müraciət edərək, “Xəzər” klinikasının sözü gedən əməliyyatı etmək üçün icazəsinin olub-olmadığını, reanimasiya şöbəsi aça bilməsi ilə bağlı lisenziyasının olub – olmadığını araşdırır. (http://femida.az/az/news/88896)
Faktiki klinika əməliyyatla bağlı olaraq Səhiyyə Nazirliyinin təsdiq etdiyi məcburi kliniki protokollara riayət etməyib.


Vəfat etmiş Ş.Əhmədovanın yaxınlarının iddiasına görə, “Xəzər” klinikasının mövcud şəraiti açıq tipli cərrahiyyə əməliyyatlarının aparılmasına imkan vermir. Bundan əlavə xəstəxanada lazımi aparatların olmadığı da iddia edilir.
Klinikanın rəsmi saytına nəzər yetirən də aydın olur ki, bu tibb ocağının kiçik əməliyyatlar, laparoskopiya kimi imkanları var.
Belə çıxır ki, onların ciddi əməliyyatlar keçirmə səlahiyyəti olmadığı halda baş həkim İlqar Yusibov Ş.Əhmədovanı uşaqlıq miomasından əməliyyat edib. (təfərrüat burda https://azeuronews.com/?p=92428)
Ş.Əhmədovanın qızı Songül Əhmədova bildirib ki, anası ilə sonuncu görüşündən sonra orada hansısa hadisə baş verib.
“Anamı dəfnə hazırlayan zaman onun boyun nayihəsində, əlinin üstündə və qolunda qançir izlərinin olduğunu gördüm.
Halbuki, onunla görüşə girən zaman həmin izlər yox idi. Tibb bacısı bizə dedi ki, ananın vəziyyəti ayaqyolunda olan zaman pisləşib.
Amma orada nə baş verdiyini bizə demirlər. Bütün faktlar, sənədlər, ödənilən pulun qəbzləri, kamera görüntüləri, xəstənin qeydiyyat məlumatları hamısı gizlədilir”.
Bir neçə il əvvəl isə Badam Məlikova adıçəkilən klinikada əməliyyat olunub və iynə qırığı həmin nahiyədə qalıb.