ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.

“Report” Ağ evin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Örl Litzenbergerin (Earl D. Litzenberger) namizədliyi irəli sürülüb.

Qeyd edək ki, o, daha əvvəl ABŞ-ın Serbiya və Qırğızıstanda diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub.

E.Litzenberger fransız, rus, serb və bolqar dillərində danışır.