Zaur Hüseynov / Foto © Report IA
Zaur Hüseynov / Foto © Report IA

Yunis/ AzEuroNews.com ► ► ► Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi vəzifəsindən azad edib.

Onun yerinə isə müvafiq sərəncamla “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayeyevi təyin edib.

Baba Rzayev
Baba Rzayev

Hazırda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsi boşdur. AzEuroNews.com-un əldə etdiyi məlumata görə, Baba Rzayevin boşalan kürsüsünü “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov tuta bilər.

Məlumatlı mənbə AzEuroNews.com-a bildirib ki, Zaur Hüseynovun namizədliyi artıq təqdim edilib və bu barədə yaxın saatlarda, ya da yaxın günlərdə ölkə prezidentinin qərar verəcəyi gözlənilir.

Mənbə, həmçinin onu da vurğulayıb ki, Baba Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə özünə yaxın olan müavinlərindən birinin namizədliyini irəli sürüb. Lakin Baba Rzayevin təklifi qəbul edilməyib.

Başqa bir mənbədən əldə etdiyimiz məlumatda isə bildirilir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsi Baba Rzayev üçün heç də ürəkaçan olmayıb.

Çünki Baba Rzayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə iddialı imiş. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə çox saylı iddiaçının olduğu bildirilir. Bu məlumatda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.