PSJ futbol komandasının hücumçusu Kilian Mbappe I liqanın 4-cü turunda “Nim”lə səfər matçında davranışına görə üç oyunluq diskvalifikasiya olunub.

“Report”un məlumatına görə, bu barədə Fransa PFL-nin (Peşəkar Futbol Liqası) rəsmi saytı xəbər verib.

Bildirilir ki, əsas vaxta əlavə edilmiş dəqqiqələrdə parislilərin hücumçusu “Nim”in yarımmüdafiəçisi Tey Savaneni itələyərək, kobud oynayıb. Bu, oyunçular arasında davaya səbəb olub və sonda Mbappe də. Savane də qırmızı vərəqə alıb.

Kilianı ləyaqətsiz davranışına görə cəza 5 matçlıq cəza gözləsə də, yerli PFL hücumçunu üç oyunluq diskvalifikasiya edib. Eyni zamanda Savane də beş matçlıq diskvalifikasiya olunub.