Fransanın PSJ klubunun və Braziliya millisinin futbolçusu Neymar hazırda İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunu parodiya edib.

“Report” xəbər verir ki, 26 yaşlı hücumçu Braziliya yığmasının məşqində Ronaldu üslübünda cərimə zərbəsi vurduqdan sonra portuqaliyalı forvardın qol sevincini təkrarlayıb.

Qeyd edək ki, Braziliya millisi sentyabrın 8-də ABŞ-la yoldaşlıq görüşü keçirəcək.