Domen adlarının və IP ünvanların idarə edilməsi üzrə Korporasiya (ICANN) oktyabrın 11-də bütün dünyada internet şəbəkəsinin işində nasazlıqlar ola biləcəyini bəyan edib.

Trend-in məlumatına görə, həmin gün kriptoqrafik açarlar (domen adlarının müdafiə sistemi) dəyişdiriləcək. Bununla əlaqədar olaraq, bir sıra istifadəçilərin çəbəkəsində veb-səhifələrə girişlə bağlı çətinliklər ola bilər.

Belə prosesin tarixdə ilk dəfə həyata keçirildiyi bildirilir.