Xəbər verdiyimiz kimi, müğənni Murat Dalkılıç və aktrisa Hande Erçelin ayrılması haqda xəbərlər yayımışdı.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, iddiaların yalan olduğu ortaya çıxıb. Belə ki, Hande xəstə olan anasına baxmaq üçün Ulus ərazisinə köçüb. Aktrisa həftənin bir neçə gününü anası ilə keçirəcək.

Qeyd edək ki, Erçelin anası bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.