Kanadanın Müqəddəs Mixayla xəstəxanasının biotexnologiya araşdırmalar mərkəzinin müxətəssisləri sübut ediblər ki, özündə yüksək yağlılıq saxlayan məhsullar insanı ürək-damar xəstəliklərindən qoruyur.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat “MedicalXpress”in press-relizində yerləşdirilib.

Məlumdur ki, qidalanma zamanı insan orqanizmində artan A-IV (ApoA-IV) apolipoproteini ürək-damar xəstəliklərinin profilaktikasına yardım edir. Alimlər bildiriblər ki, ApoA-IV ürək-damar xəstəliklərinin yaranmasında əsas rol oynayan trombositlərin aktivliyinin azaldılmasına səbəb olur.

Məlum olub ki, apolipoprotein IIb/IIIa membran zülalını bloklayır və o, trombositlərin aqreqasiyasında iştirak edə bilmir.

ApoA-IV qidanın qəbul edilməsindən dərhal sonra özündə qan dövranını yaxşılaşdırır. O, daha çox gecə və səhərlər aktiv olur. Alimlər bu səbəbdən sancı və insultların bu saatlarda baş verdiyini deyiblər.