AzEuroNews.com Röyters xəbər agentliyinə istinadən xəbər verir ki, Apple fərqli ölkələrdən olan hüquq mühafizə orqanlarının rəsmi müraciətlərinə cavab verən xüsusi onlayn portal yaratmaq niyyətindədir. Yaradılacaq portalda xüsusi istifadəçi məlumatları yerləşdiriləcək.

Şirkət şübhəli istifadəçilər haqqında məlumatı sorğu əsasında elektron poçt vasitəsi ilə polisə göndərəcək. Bütün dünya üçün nəzərdə tutulan portal bu ilin sonuna kimi istifadəyə veriləcək.