Yaponiyanın iri “Toyota Motor” avtokonserni sentyabrın 10-dan məhsullarının tədarükündə yarana biləcək problemlər səbəbindən ölkə ərazisindəki 18 zavodundan 16-nın işini dayandıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu qərar sentyabrın 5-dən 6-na keçən gecə Hokkaydo adasında baş vermiş 6,7 maqnitudalı güclü zəlzələnin fəsadları ilə bağlıdır.

Bildirilir ki, təbii fəlakət nəticəsində Tomakomai şəhərində şirkətin ötürücü qutu hazırlayan zovodunun elektrik enerjisi ilə təchizatı dayanıb. “Toyota Motor” bunun Yaponiyada avtomobil istehsalına təsirini qiymətləndirməyi planlaşdırır və sentyabrın 11-dən sonra müəssisələrin işinin bərpa olunması barədə qərar qəbul edəcək.