İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldunu öz komandasında görmək istəyir.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Bekhem 2020-ci ildə 33 yaşlı futbolçunu sahibi olduğu “İnter Mayami” klubuna cəlb etmək üçün çalışacaq.

Qeyd edək ki, yeni yaradılan “İnter Mayami” klubu ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.