Şimali Koreya lideri Kim Çen In yarımadanın şimal və cənub hissəsinin birləşməsini istəyir.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib:

“Kim Çen In iki Koreyanın birləşməsi istiqamətində hərəkətə doğru meyillidir”.

Qeyd edək ki, V. Matviyenko bu gün Pxenyanda Kim Çen Inla görüş keçirib.