Moldova prezidenti İqor Dodonun korteji Straşenı – Kalaraş yolunda qəzaya düşüb. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli “Publika” telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, kortej yük maşını ilə toqquşub və nəticədə maşınlardan biri aşıb. Polis qəza faktını təsdiq edib, lakin onun detalları barədə məlumat verməyib.

Moldova prezidentinin mətbuat xidmətindən TASS-a məlumatı hələ ki, təsdiq etməyiblər.