Bazar günü Yəməndə endirilən hava zərbələri nəticəsində “Əl-Qaidə” terror qruplaşmasının rəhbərlərindən biri məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilir ki, terrorçu ölkənin cənubunda yerləşən Əbyan əyalətində zərərsizləşdirilib.

Kanalın məlumatına görə, hücum, ehtimal ki, Amerika pilotsuz uçan aparatı tərəfindən edilib.