Aktyor Kıvanç Tatlıtuğ imicində dəyişiklik edib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktyor saç modelini dəyişib və bığ saxlayıb. Fotonu görən izləyicilərdən bəziləri onun yeni halını bəyənib, bəziləri isə bu dəyişimin ona yaraşmadığını vurğulayıblar.

Qeyd edək ki, aktyor “Organize işler 2” adlı film üçün bu addımı atıb.