Çempionlar Liqasının final oyunu Avropa hüdudlarından kənarda keçirilə bilər.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, UEFA həlledici qarşılaşmanın ABŞ-ın Nyu-York şəhərində baş tutması üçün danışıqlar aparır.

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddə “Vanda Metropolitano” stadionunda keçiriləcək. 2019-2020-ci ildəki qarşılaşma isə İstanbulda Atatürk Olimpiya Stadionunda olacaq.