Mülki həbs xəbərləri ilə gündəmdən düşməyən Demet Akalın və Okan Kurt cütlüyü boşanır.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanma prosesi bu gün baş tutacaq.

Qeyd edək ki, Demet Akalının 2012-ci ildə evləndiyi Okan Kurt rəhbəri olduğu “Martaş Lojistik” şirkətinin 150 mln. lirəlik borcuna görə çətin günlər keçirirdi.

Buna görə Akalının İstanbulun Beykoz səmtində olan 18 mln. lirə dəyərində olan villasına 2017-ci ildə mülki həbs verilmişdi.

2018-ci ilin iyulunda yenidən vəziyyəti pisləşən Okan “Borcumu ödəyəcəyəm”, – deyə bildirmişdi.

Borc məsələsi cütlüyün münasibətinə kölgə salmışdı. Demet “Pis günlər keçirdik, bunları da keçəcəyik. “Dayana bilmirəm” dediyim zamanlar oldu. Ərimi sevirəm. Ona heç bir maddi yardım etməmişəm. Elə böyük rəqəmləri ödəyə bilmərəm” demişdi.