Emil/AzEuroNews.com ► ► ► Bakının Yasamal rayonu, 2–ci Alatavadan Yeni Yasamala çıxan yoldan sanki tank keçib.

AzEuroNews.com–un verdiyi xəbərə görə, “Azərsu” tərəfindən görülən işlər yolu bu günə salıb.

Onsuz da bərbad gündə olan yolu qazıb, sonra asfaltlamayıb gediblər.

Sürücülər deyirlər ki, yol qat–qat olub, maşınların təkərləri boşluqlara düşüb nasaz olur.

Axşam bu küçə tamamilə zülmətə qərq olur, yolda işıqlanma yoxdur, sürücülər daha çox əziyyət çəkirlər.

Onlar bildirirlər ki, “Azərsu” hansı ərazini qazırsa, oranı asfaltlamayıb başdı– başına buraxmağı vərdiş edib.

Alatavada yaşayan sakinlər isə həm “Azərsu” ASC, həm Yasamal Rayon İcra Hakimiyyətindən xahiş edirlər ki, bu küçə sahmana salınsın.