“Mercedes-Benz” şirkəti yeni nəsil GLE modelini təqdim edib.

Trend-in məlumatına görə, yeni avtomobillər 2019-cu ilin əvvəlində satışa çıxarılacaq.

Qeyd olunur ki, yeni avtomobillər müxtəlif yeniliklərlə təchiz olunub.

Belə ki, avtomobil “Active Stop-and-Go Assist” idarəetmə sistemi ilə təmin olunub. Bundan başqa yeni GLE modellərinin salonu genişləndirilib.